Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında Beyləqan rayon sakini, 1975-ci il təvəllüdlü Mustafayev Ramiz Əhməd oğlu tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. R.Mustafayev taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.