Bakıda 41 yaşlı qadını avtomobil vurdu

Bakıda 41 yaşlı qadını avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
12 May , 2021 22:01
Bakıda 41 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Hacıyeva Ceyhunə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi