Bakıda 400 min manatlıq dələduzluq edən "JEK" rəisinə hökm oxunub

Bakıda 400 min manatlıq dələduzluq edən "JEK" rəisinə hökm oxunub O, 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
12 May , 2017 11:20
Bakıda 400 min manatlıq dələduzluq edən JEK rəisinə hökm oxunub

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis vəzifəsində çalışıb. O, torpaq sahələrini özəlləşdirmək adı ilə vətəndaşlardan 400 min manat pul alıb. Daha sonra N.Quliyev verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında o, saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

N.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi