Bakıda 40 yaşlı kişi arvadının ondan ayrılmasına dözməyərək özünü bıçaqlayıb
Hadisə
- 03 dekabr, 2016
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub. O hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib.
Son xəbərlər
03:29
Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Hadisə
03:21
"SpaceX" şirkəti "Starship" gəmisi ilə daşıyıcı raketi buraxıb
Digər ölkələr
02:23
Yeni Orleanda tankerlə kruiz gəmisi toqquşub, 20-yə qədər şəxs xəsarət alıb
Digər ölkələr
02:17
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Region
01:55
ABŞ-də bütün uçuşlar dayandırılıb
Digər ölkələr
01:48
UEFA Millətlər Liqası: Niderland yığması Yunanıstanı 7 cavabsız topla məğlub edib
Futbol
01:38
UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyununda Lixtenşteyni məğlub edib - Yenilənib-4
Futbol
01:22
Məkkə sazişi Türkiyədə təsdiqlənib
Region
00:59
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
Region