Bakıda 4 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılıb

Bakıda 4 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılıb Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib.
Hadisə
7 Sentyabr , 2019 23:44
Bakıda 4 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılıb

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 2015-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

Uşaq ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Valideynlər uşaq xəstəxanaya yerləşdiriləndən sonra hadisədən xəbər tutublar.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi