​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücünün cəzası azaldılıb

​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücünün cəzası azaldılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
13 May , 2016 10:06
​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücünün cəzası azaldılıb

Bakı. 13 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Tofiq qızı Yusubova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, S.Yusubovanın cəzası 1 il azaldılaraq, 7 ildən 6 il müddətinə endirilib.

Qeyd edək ki, ölümlə nəticələnən zəncirvari yol qəzası ötən il mart ayının 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı S.Yusubovanın idarə etdiyi "Toyota" və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Yusubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus "Hyundai", Kamil Məmmədova məxsus "BMW" və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus "KİA" markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb. Hadisədən sonra S.Yusubova həbs edilib.

O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bu il yanvar ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə S.Yusubova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi