Bakıda zəncirvari qəza olub, xəsarət alan var

Hadisə
  • 04 yanvar, 2020
  • 14:06
Bakıda zəncirvari qəza olub, xəsarət alan var
Foto: "Report"

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Dörd avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozları qoyulub.