Bakıda 39 yaşlı piyadanı avtomobil vurub

Hadisə
  • 20 aprel, 2023
  • 02:31
Bakıda 39 yaşlı piyadanı avtomobil vurub

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Baykal Billurə Şahin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.