Bakıda 38 yaşlı şəxs uşaq bağçasının həyətində döyülərək baltalanıb

Bakıda 38 yaşlı şəxs uşaq bağçasının həyətində döyülərək baltalanıb Hadisə bir qrup şəxs tərəfindən törədilib
Hadisə
5 İyun , 2017 08:30
Bakıda 38 yaşlı şəxs uşaq bağçasının həyətində döyülərək baltalanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.

1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi