Bakıda 36 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 04 mart, 2023
  • 02:13
Bakıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1987-ci il təvəllüdlü Pirquliyeva Yeganə Vaqif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.