Bakıda 35 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda 35 yaşlı qadın yol qəzasında xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Sentyabr , 2021 22:25
Bakıda 35 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Məmmədova Vüsalə Tofiq qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi