Bakıda 33 yaşlı kişi avtomobillərin arasında qalaraq ağır xəsarət alıb

Bakıda 33 yaşlı kişi avtomobillərin arasında qalaraq ağır xəsarət alıb Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 May , 2022 05:49
Bakıda 33 yaşlı kişi avtomobillərin arasında qalaraq ağır xəsarət alıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində avtomobil 1989-cu il təvəllüdlü Məmmədli Asim Əlimusa oğlunu vuraraq onu digər avtomobilə sıxıb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının baldır nahiyəsinin natamam amputasiya diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi