Bakıda 32 yaşlı kişi qətlə yetirilib
Hadisə
- 01 yanvar, 2022
- 07:52
Bakı şəhərində 32 yaşlı kişi qətlə yetirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.
İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
17:35
Bakıda Seyid Yəhya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfrans keçirilib
Din17:30
Ursula fon der Lyayen husilərin Səudiyyəyə hücumlarını pisləyib
Digər ölkələr17:28
Marius Mitu: "Çempionlar Liqasının qrupunda İngiltərə komandası ilə oyun asan olmayacaq"
Futbol17:23
"Moody's" Azərbaycanın maliyyə dayanıqlığını yüksək qiymətləndirir
Maliyyə17:19
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
Formula 117:13
Foto
Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
İnfrastruktur17:01
Azərbaycanın "LANDAU Lions" basketbol komandası Çempionlar Liqası ilə vidalaşıb
Komanda16:53
Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr16:52
Foto