Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakıda 30 yaşlı kişi bıçaqlanıb Elçin Əliyev tanımadığı şəxslərlə mübahisə zamanı bıçaq xəsarətləri alıb
Hadisə
15 May , 2017 07:46
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Courtesy İmage

Bakı. 15 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi küçəsində 30 yaşlı Əliyev Elçin Hüseyn oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə dava ilə nəticələnib və E.Əliyevə 2 bıçaq xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi