Bakıda 3 yaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayır

Bakıda 3 yaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayır Bakıda üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Fevral , 2020 09:38
Bakıda 3 yaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayır

Bakıda üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi