Bakıda 28 yaşlı oğlan kürəyindən bıçaqlanıb
- 13 avqust, 2019
- 07:40
Bakıda 28 yaşlı oğlan bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə avqustun 12-si saat 17 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbənin H.Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Cavadova kürək nahiyəsindən daxilə nüfuz edən bıçaqla xəsarət yetirilib.
Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya daxil olub, dindirilməsi mümkün olmayıb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunan 1978-ci il təvəllüdlü Natiq Məmmədov müəyyən olunaraq tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.