Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurdu

Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
27 Mart , 2021 00:51
Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

“Sədərək” Ticarət Mərkəzinin yaxınlığında 28 yaşlı Manaflı Emin Vahid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çənə sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi