Bakıda intihara cəhd hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
"Qış bulvarı" kimi tanınan parkda 1995-ci il təvəllüdlü Fərəcov Tofiq Vahid oğlu küt alətlə üz və boyun nahiyələrinə xəsarətlər yetirib.
Yaralı polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın nəsə nahiyəsinin və boynun kəsilmiş yarası diaqnozları qoyulub.