Yuxarı

Bakıda 25 yaşlı qız əməliyyat zamanı dünyasını dəyişib

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda özəl xəstəxanada pasiyent cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bu barədə “Report”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, “İnternational Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi