Bakıda 25 yaşlı kişi intihar edib

Bakıda 25 yaşlı kişi intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
16 Yanvar , 2017 13:49
Bakıda 25 yaşlı kişi intihar edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda 25 yaşlı kişi özünü asaraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsi, yeni yaşayış sahəsində yaşayan 1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq intihar edib.

F.Qəhrəmanlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi