Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB Həkimlər onun həyatını xilas edə bilməyiblər
Hadisə
27 Noyabr , 2017 11:40
Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB
Report.az

Bakı. 27 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.


*** 02:44

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib.

“Report” xəbər verir ki, 21 yaşlı Xəyal Məmmədov Zabrat qəsəbəsində naməlum şəxslə mübahisə edib.

Dava nəticəsində onun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi