Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
140
7 May , 2021 00:59
Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb

Belə ki, Heydər Əliyev adına Sarayın yaxınlığında 2000-ci il təvəllüdlü Qarayeva Aysel Elşən qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi