Bakıda 21 yaşlı gənc narkotik vasitənin təsirindən ölüb

Hadisə
  • 23 sentyabr, 2019
  • 12:13
Bakıda 21 yaşlı gənc narkotik vasitənin təsirindən ölüb

Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.