Bakıda 20 yaşlı motosikletçini avtomobil vurub

Hadisə
  • 08 noyabr, 2021
  • 02:46
Bakıda 20 yaşlı motosikletçini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Rüstəmov Kənan Elnur oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.