Bakıda 20 yaşlı gənc qızı avtomobil vurub

Hadisə
  • 09 may, 2022
  • 23:16
Bakıda 20 yaşlı gənc qızı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonu, 8 noyabr prospektində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Rəhimli Ləman Şəfi qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.