Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaşın məhkəməsi başlayıb

Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaşın məhkəməsi başlayıb Proses mayın 17-də davam etdiriləcək
Hadisə
10 May , 2017 13:04
Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaşın məhkəməsi başlayıb

Bakı. 10 may REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmadığını deyib. Prokuror bunun üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 17-də davam etdiriləcək.

Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş A.Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi