Bakıda 20 mənzilin su sayğacı oğurlanıb

Bakıda 20 mənzilin su sayğacı oğurlanıb Polis fakt üzrə araşdırma aparır
Hadisə
3 Fevral , 2017 16:10
Bakıda 20 mənzilin su sayğacı oğurlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda yaşayış binasından su sayğacları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Həmin küçədə yeni tikilən binalardan birində bir gecədə 20 mənzilin su sayğacı oğurlanıb.

Faktla bağlı zərərçəkənlər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ediblər. Polis fakt üzrə araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi