Bakıda 2 kq ağ civəni 5 min dollara satmaq istəyən şəxs tutulub

Bakıda 2 kq ağ civəni 5 min dollara satmaq istəyən şəxs tutulub Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
4 Fevral , 2017 12:55
Bakıda 2 kq ağ civəni 5 min dollara satmaq istəyən şəxs tutulub

Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda civə satmaq istəyən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi