Bakıda iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Hadisə
  • 26 avqust, 2019
  • 21:09
Bakıda iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili Hava Limanı istiqamətində hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yol kənarında dayanmış vəziyyətdə olan "Range Rover" markalı minik avtomovbilinə çırpılıb.

Qəza zamanı "Mercedes"də olan sərnişin, 1956-cı il təvəllüdlü Mustafayeva Gülsəfa Qarakişi qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev