Bakıda 19 yaşlı qız itkin düşüb

Hadisə
  • 24 avqust, 2022
  • 11:27
Bakıda 19 yaşlı qız itkin düşüb

Bakının Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.

Onun harada olması barədə məlumatı olan şəxslər varsa DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də 3-cü Polis Şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.