Bu gecə paytaxtda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda, Ramana südçülük sovxozu ərazisində qeydə alınıb.
Naməlum şəxs 2002-ci il təvvəlüdlü Əsgərov Emral Elnur oğluna bir neçə bıçaq zərbəsi vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürəyin və boynun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.