Bakıda 17 yaşlı gənci avtomobil vurub

Hadisə
  • 13 oktyabr, 2021
  • 01:43
Bakıda 17 yaşlı gənci avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“Nəsimi” metro stansiyasının yaxınlığında avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Nurməmmədov Nadir Məmmədəli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.