Bakıda 16 yaşlı qızı avtomobil vurub

Hadisə
  • 04 yanvar, 2020
  • 16:12
Bakıda 16 yaşlı qızı avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 16 yaşlı Zərifə İsgəndərova yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.

44 - Tezliklə