Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Hadisə
  • 06 dekabr, 2023
  • 03:39
Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Şüvəlan qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseynli Hüseyn Rafael oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan H.Hüseynli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi