Bakıda 10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb

Bakıda 10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb Uşaq kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Hadisə
12 Oktyabr , 2017 08:06
Bakıda 10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

"Report" xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi