Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb"

Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb" Ötən il paytaxtda ümumilikdə 11 min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub.
Hadisə
17 Yanvar , 2020 15:12
Mirqafar Seyidov: Bakıda törədilən cinayətlərin sayı azalıb

"Ötən il paytaxtda ümumilikdə 11 min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub". 

"Report" xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində 2019-cu ilin yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. 

O qeyd edib ki, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi