Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb
Hadisə
- 13 fevral, 2019
- 06:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də gecə saatlarında qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region