Yuxarı

​Bakı şəhər sakini dəm qazından zəhərlənərək ölüb

Faktla bağlı Xətai Rayon Porkurorluğunda araşdırma aparılır

Bakı. 16 mart. REPORT.AZ/ Bakı şəhər sakini dəm qazından zəhərlənərək ölüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, martın 12-də paytaxtın "Pivzavod" küçəsi, ev 22-də yaşayan, 1966-cı il təvəllüdlü Ərəb Əliyev hamamda çimərkən zəhərlənib. O, koma vəziyyətində 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Martın 15-də Ə.Əliyev xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi