Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub Bu vəzifənin səlahiyyərlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.
Hadisə
14 Noyabr , 2020 13:38
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifənin səlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

Qeyd edək ki, T.Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi