Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaxınlığında inşa olunan yarımtikilidə baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır.
Yanğının səbəbləri hələlik məlum deyil.