Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb

Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2016 15:30
Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un məlumatına, görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi