Bakı sakininin başına binadan daş düşüb

Bakı sakininin başına binadan daş düşüb Hadisə İstiqlaliyyət küçəsində baş verib
Hadisə
6 İyun , 2017 08:50
Bakı sakininin başına binadan daş düşüb

Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Səbail rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan 1990-ci il təvəllüdlü Aydınov Vüsal Vahid oğlu binalardan birinin qarşısından keçən zaman onun başına yuxarıdan daş düşüb.

O, qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi