Bakı sakininin bank kartı oğurlanıb
Hadisə
- 17 iyun, 2023
- 07:48
Bakı şəhər sakininin bank kartı oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
09:00
UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.07.2026)
Maliyyə08:55
Bu gün Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika08:35
Məhkəmə Trampa biznesini vergi yoxlamalarından azad etməyə çalışdığına görə töhmət elan edib
Digər ölkələr08:13
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:58
"Fars": Husilər Bab əl-Məndəb boğazını bağlamaqla hədələyirlər
Digər ölkələr07:32
Meksikada güclü zəlzələ baş verib
Digər ölkələr07:04
ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB
Digər ölkələr06:39