Bakıda ustanı elektrik cərəyanı vurub

Bakıda ustanı elektrik cərəyanı vurub Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir
Hadisə
20 İyul , 2017 07:43
Bakıda ustanı elektrik cərəyanı vurub

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı sakinini elektrik vurub, o xəsarət alıb

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Xəstəxana yanı küçəsi 5 ünvanında 1972-ci il təvəllüdlü Abbasov Zabil Qabil oğlu işlədiyi sexdə onu elektrik cərəyanı vurub. O, xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi