Bakı sakinini qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı sakinini qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
1 Fevral , 2017 13:19
Bakı sakinini qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ümid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib.

Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini, 1997-ci il təvəllüdlü Ü.Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib.

Ü.Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi