Bakı sakinini cərəyan vuraraq öldürüb

Bakı sakinini cərəyan vuraraq öldürüb Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
15 İyun , 2019 22:24
Bakı sakinini cərəyan vuraraq öldürüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub.

Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi