Yuxarı

Bakı sakininə qarşı 192 min manatlıq dələduzluq edilib

Faktla bağlı araşdırma aparılır

Bakı. 7 iyun. REPORT.AZ/ Bakı şəhər sakini 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

“Report”un xəbərinə görə, o, paytaxt sakini 1983-cü il təvəllüdlü Elnur Rzayev tərəfindən aldadıldığını deyib.

S.Həsənovun iddiasına görə, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi