Yuxarı

Ukrayna vətəndaşı Bakı sakininə ev satmaq adı ilə 160 min dollarlıq dələduzluq edib

Bakı sakininə ev satmaq adı ilə 160 min dollarlıq dələduzluq edilib

Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.

"Report" xəbər verir ki, 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məum olub ki,  mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi