​Bakı sakininə çoxsaylı bıçaq xəsarəti yetirən 19 yaşlı gəncin cəzası yüngülləşdirilib

​Bakı sakininə çoxsaylı bıçaq xəsarəti yetirən 19 yaşlı gəncin cəzası yüngülləşdirilib Onun cəzası 8 ilə endirilib
Hadisə
1 Dekabr , 2015 10:27
​Bakı sakininə çoxsaylı bıçaq xəsarəti yetirən 19 yaşlı gəncin cəzası yüngülləşdirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1996-cı il təvəllüdlü Rəcəbzadə Fuad Siruz oğlu barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

F.Rəcəbzadənin cəzası 10 il 8 aydan 8 ilə endirilib.

Qeyd edək ki, Bakı şəhər sakini F.Rəcəbzadə ötən ilin noyabrın 4-də Dağıstan küçəsində yaşayan Rafiq Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rəcəbzadə tutulub.

O, sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

F.Rəcəbzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi