​Bakı sakini toyuq doğrayarkən özünə ağır xəsarət yetirib

​Bakı sakini toyuq doğrayarkən özünə ağır xəsarət yetirib Vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyib
Hadisə
21 İyun , 2016 16:51
​Bakı sakini toyuq doğrayarkən özünə ağır xəsarət yetirib

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı sakini ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

“Report”un xəbərinə görə, Bül-Bülə qəsəbəsi, A.Caparidze küçəsində yaşayan 1988-ci il təvəllüdlü Fariz Mahmudov yaşadığı evdə toyuq doğrayarkən ehtiyatsızlıqdan bıçaqla sol ayağının bud nahiyəsinin arteriyasını kəsib.

F.Mahmudov akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi